Azərbaycan dili
·
English
·
Русский язык
Contacts
(012) 526-44-11boss@boss.az





(012) 526-44-11boss@boss.az
Azərbaycan dili
English
Русский язык
English
2006-2026 Digital Classifieds MMC. TIN: 1405631661
Site map
Jobs
/
All jobs
/
Manufacturing Personnel
/
Construction
/
Baku
/
İstehsalat meneceri

Primeline MMC

İstehsalat meneceri

2000 - 2500 ₼

№ 274970
Published: 21.10.2026
Views: 2153
Add this to Favorites
City
Baku
Age
from 25 to 35
Education
Higher
Experience
from 3 to 5 years

Job Description

Şəhər: Bakı, Azərbaycan

Şirkət: Prime Line MMC

Paylaşıldı: 19.10.2026

Son Gün: 19.11.2026

İş şəraiti

  1. İş yeri: Lökbatan, Bakı;
  2. İş qrafiki: 6 günlük iş həftəsi;
  3. Əməkhaqqı: Namizədin təcrübə və peşəkar bacarıqlarına əsasən razılaşdırılır;

Vakansiya ilə maraqlanan namizədlər öz CV-lərini mövzu yerinə "İstehsalat Meneceri" yazaraq cv@primeline.az elektron ünvanına göndərə bilərlər.


Responsibilities

  1. İstehsalat proseslərinin planlaşdırılması, təşkili və idarə olunmasını təmin etmək;
  2. Sifarişlər üzrə istehsalat planlarını və iş qrafiklərini hazırlamaq, işlərin vaxtında icrasına nəzarət etmək;
  3. Metal konstruksiyaların texniki cizgilərə, layihə tələblərinə və keyfiyyət standartlarına uyğun istehsalını təmin etmək;
  4. Lazer kəsim, əymə, qaynaq və digər metal emalı proseslərinin səmərəli təşkilinə nəzarət etmək;
  5. İstehsalat avadanlıqlarının, xammalın və digər resursların səmərəli istifadəsini təmin etmək;
  6. İstehsalat işçilərinin fəaliyyətini koordinasiya etmək, iş bölgüsünü aparmaq və tapşırıqların icrasına nəzarət etmək;
  7. Hazırlanmış metal konstruksiyaların sifarişçi obyektlərində montaj işlərini təşkil etmək və prosesin vaxtında tamamlanmasını təmin etmək;
  8. İstehsalat prosesində keyfiyyətə, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət etmək;
  9. İstehsalat xərclərini və material sərfiyyatını izləmək, itkilərin azaldılması və məhsuldarlığın artırılması istiqamətində tədbirlər görmək;
  10. Avadanlıqların texniki vəziyyətinə nəzarət etmək və texniki xidmət işlərinin vaxtında həyata keçirilməsini təşkil etmək;
  11. İstehsalat zamanı yaranan problemləri operativ həll etmək və iş prosesində fasilələrin minimuma endirilməsini təmin etmək;
  12. İstehsalatın gedişi, sifarişlərin icra vəziyyəti və nəticələr barədə rəhbərliyə mütəmadi hesabat təqdim etmək.

Requirements

  1. Ali texniki təhsil (mexanika, maşınqayırma, inşaat mühəndisliyi və ya əlaqəli sahələr üzrə);
  2. Metal emalı və ya metal konstruksiyaların istehsalı sahəsində minimum 5 il iş təcrübəsi;
  3. İstehsalat sahəsində rəhbər vəzifədə minimum 3 il idarəetmə təcrübəsi;
  4. Metal konstruksiyaların hazırlanması, qaynaq, kəsim, əymə və montaj texnologiyaları üzrə praktiki biliklər;
  5. Lazer kəsim, abkant və CNC avadanlıqlarının iş prinsipləri üzrə biliklər;
  6. Texniki cizgiləri və istehsalat sənədlərini oxumaq və anlamaq bacarığı;
  7. İstehsalat proseslərinin planlaşdırılması, işçi heyətinin idarə edilməsi və resursların bölüşdürülməsi bacarığı;
  8. İstehsalat keyfiyyətinə nəzarət və texniki təhlükəsizlik qaydaları üzrə biliklər;
  9. MS Excel və AutoCAD proqramlarında işləmək bacarığı;
  10. İstehsalat xərclərinin, material sərfiyyatının və məhsuldarlıq göstəricilərinin təhlili bacarığı;
  11. Analitik düşünmə, təşkilatçılıq, liderlik və komanda idarəetmə bacarıqları;
  12. Məsuliyyətlilik, operativ qərarvermə və problemlərin həlli bacarığı.

Apply for this vacancy

Format (5 MB): doc, docx, pdf
This data will be shared with the employer for current and future applications.

PM

Primeline MMC
İstehsalat meneceri

2000 - 2500 ₼

Add this to Favorites