Azərbaycan dili
·
English
·
Русский язык
Contacts
(012) 526-44-11boss@boss.az



(012) 526-44-11boss@boss.az
Azərbaycan dili
English
Русский язык
English
2006-2026 Digital Classifieds MMC. TIN: 1405631661
Site map
Resumes
/
All resumes
/
Administrative staff
/
Management
/
Baku
/
Procurement Manager
Add this to Favorites

FS

Fidan Seymur Abdullayeva

Procurement Manager
1200 ₼
/ monthly
City
Baku
Age
21
Education
Higher
Experience
from 1 to 3 years
№ 620391
Published: 05.11.2026
Views: 34
City
Baku
Age
21
Education
Higher
Experience
from 1 to 3 years

About

Beynəlxalq münasibətlər və Britaniyaşünaslıq üzrə bakalavr təhsilli, beynəlxalq ticarət, satınalma, B2B əməkdaşlıq və layihə koordinasiyası sahələrində təcrübəyə malikəm. Çin bazarında kommersiya əlaqələri, təchizatçılarla danışıqlar, müştəri koordinasiyası və tərcümə sahələrində fəaliyyət göstərmişəm. Tikinti layihələrində sahə meneceri kimi texniki sənədləşmə, işlərin planlaşdırılması və hesabatların hazırlanması üzrə təcrübə qazanmışam.

Davamlı öyrənməyə və peşəkar inkişafıma önəm verirəm. Hazırda Çində Beynəlxalq ticarət (International Trade) və qlobal iqtisadiyyat istiqamətində bakalavr təhsili almaq üçün 2027-ci il qəbuluna hazırlaşıram. Çin dili üzrə biliklərimi və ingilis dili bacarıqlarımı inkişaf etdirir, IELTS imtahan formatı üzrə hazırlığımı davam etdirirəm.


Education: Higher

Azərbaycan Dillər Universiteti (ADU)

İxtisas: Britaniyaşünaslıq

Təhsil müddəti: 2022–2026

Təhsil səviyyəsi: Bakalavr

Təhsil müddətində aşağıdakı istiqamətlər üzrə nəzəri və praktiki biliklər əldə etmişəm:

  1. Beynəlxalq münasibətlər və diplomatik əlaqələrin əsasları;
  2. Beynəlxalq siyasi və iqtisadi proseslərin təhlili;
  3. Xarici siyasət və beynəlxalq əməkdaşlıq mexanizmləri;
  4. Beynəlxalq təşkilatların fəaliyyəti və institusional strukturları;
  5. Rəsmi yazışmaların və işgüzar sənədlərin hazırlanması;
  6. Məlumatların araşdırılması, toplanması və təhlili;
  7. Müxtəlif ölkələrin hüquq və idarəetmə sistemləri haqqında biliklər;
  8. Mədəniyyətlərarası ünsiyyət və beynəlxalq kommunikasiya;
  9. Analitik düşünmə, hesabatların hazırlanması və təqdimat bacarıqları.

Experience: from 1 to 3 years

1. Çinlə satınalma və beynəlxalq ticarət üzrə fəaliyyət

Çinlə beynəlxalq satınalma və B2B əməkdaşlıq üzrə fəaliyyət

  1. Çində fəaliyyət göstərən istehsalçılar, təchizatçılar və yerli satıcılarla B2B əlaqələrin qurulmasında iştirak;
  2. Azərbaycanlı müştərilərin Çində yerləşən topdansatış bazarlarında və beynəlxalq sərgilərdə müşayiət olunması;
  3. Müştərilərin məhsul seçimi, uyğun istehsalçı və təchizatçıların müəyyənləşdirilməsi prosesinə dəstək;
  4. Alıcı və satıcı arasında kommersiya danışıqlarının aparılmasında vasitəçilik;
  5. Çin dili üzrə kommunikasiya və tərcümə dəstəyi;
  6. Məhsulların qiyməti, keyfiyyəti, sifariş həcmi və əməkdaşlıq şərtləri üzrə danışıqların koordinasiyası;
  7. Tərəflər arasında qarşılıqlı razılaşmaların əldə edilməsinə və işgüzar əlaqələrin qurulmasına dəstək.

2. Sahə meneceri – Hasmatik

Layihə: PASHA Construction – Crescent Development Project

Sahə meneceri (Site Manager)

Şirkət: Hasmatik

Layihə: PASHA Construction – Crescent Development

  1. Tikinti və fasad işlərinin icra prosesinin koordinasiyası və gedişatına nəzarət;
  2. Gündəlik və həftəlik iş planlarının hazırlanması, görüləcək işlərin planlaşdırılması;
  3. Görülən işlərin həcminin və icra vəziyyətinin izlənilməsi;
  4. Rəhbərlik və layihə üzrə məsul şəxslər üçün rəsmi texniki hesabatların (Reports) hazırlanması;
  5. Layihə çərçivəsində texniki sənədlərin hazırlanması, yoxlanılması və sistemləşdirilməsi;
  6. İstifadə olunan materiallar üzrə Texniki Məlumat Vərəqlərinin (TDS – Technical Data Sheet) və Uyğunluq Sertifikatlarının (CoC – Certificate of Conformity) təchizatçılardan əldə olunması prosesində iştirak;
  7. Materialların texniki spesifikasiyalara və layihə tələblərinə uyğunluğunun yoxlanılmasına dəstək;
  8. Material təsdiqi və texniki sənədləşmə proseslərinin koordinasiyası;
  9. Fasad işləri üzrə çertyojların, iş həcmlərinin və texniki tələblərin araşdırılması;
  10. Layihə rəhbərliyi, texniki heyət və digər aidiyyəti şəxslərlə işgüzar kommunikasiya.

Skills

Peşəkar və inzibati bacarıqlar

  1. Beynəlxalq ticarət və B2B əməkdaşlıq;
  2. Satınalma və təchizat proseslərinin koordinasiyası;
  3. Təchizatçıların araşdırılması və qiymət təhlili;
  4. Kommersiya danışıqlarının aparılması və vasitəçilik;
  5. Müştərilərlə işgüzar əlaqələrin qurulması;
  6. Beynəlxalq sərgi və bazarlarda müştəri koordinasiyası;
  7. İş planlarının və fəaliyyət proqramlarının hazırlanması;
  8. Texniki sənədləşmə və hesabatların hazırlanması;
  9. TDS, CoC və digər texniki sənədlərlə iş;
  10. Layihələrin və gündəlik iş proseslərinin koordinasiyası;
  11. Məlumatların toplanması, təhlili və sistemləşdirilməsi;
  12. İşgüzar yazışmalar və rəsmi sənədlərin hazırlanması.

Kompüter bilikləri

  1. Microsoft Word- Yaxşı
  2. Microsoft Excel-Yaxşı
  3. Microsoft PowerPoint-Yaxşı
  4. Microsoft Outlook-Yaxşı
  5. AutoCAD – texniki çertyojlarla iş-Orta
  6. PDF və elektron sənədlərlə işləmə-Yaxşı

Dil bilikləri

  1. Azərbaycan dili – ana dili;
  2. İngilis dili – B2;
  3. Çin dili – HSK 3;
  4. Alman dili – A1.

Şəxsi keyfiyyətlər

  1. Analitik və strateji düşünmə;
  2. Güclü kommunikasiya və danışıqlar aparmaq bacarığı;
  3. Məsuliyyətlilik və operativlik;
  4. Komanda ilə işləmək bacarığı;
  5. Problem həll etmə və qərarvermə;
  6. Adaptasiya və öyrənmə qabiliyyəti;
  7. Vaxtın idarə edilməsi;
  8. Təşəbbüskarlıq və təşkilatçılıq.
Fidan Seymur Abdullayeva
Min. salary:

from 1200 ₼

Add this to Favorites